Güney Azerbaijan

  • 12/4/2007 - Dünya Ana Dili Günü Münasibət ilə Bağlı bildirisi
  • Azərbaycan Milli Dirəniş təşkilatının

    “Dünya Ana Dili Günü Münasibət ilə Bağlı bildirisi”

     

     

    Şərəfli Azərbaycan Milləti*

     

    Dünyada çox millətlər öz milli varlıqlarını qorumaq üçün milli savaşa və milli dirənişə doğru gedən yolları və yapıqları düzənləmişdirlər. Banqladeş milləti də öz milli-siyasi haqlarının əldə edilməsi uğrunda böyük səviyyəli mücadilə sürəcinə girmişdir ki həmən mücadilələr sonucunda, o zəfər günləri Banqladeş millətinin tarixi dönüş noxtası kimi qeyd edilir. əldə edilən zəfərlər Banqladeşin ürəkli və cəsarətli mübarizlərinin qanının bahasına qurtulsa da 21 fevral günü benqal fəalları tərəfindən keçirilən ana dili münasibəti ilə Pakistanın assimilyasiya siyasətinə qarşı aksiyada bir neçə fəallın şəhid olması milli hərəkətin yürüşünü yüksək səviyyəyə daşıdı.

     

    YUNESKO tərəfindən 1999 da 21 fevral günü rəsmiyyətə tanındıqdan sonra hər il bu gündə azad və demokratik ölkələrdə dünya ana dili gününə bağlı özəl törənlər ana dilini əzizləmə münasibəti ilə keçirilir.

     

    Nə yazıq ki İranda başqa sivil ölkələrdən tamamən fərqli olaraq Fars şovinizminin irqçi düşüncələrinin hörümçək tellərində əsir düşən millətlər, ilkin haqlarının başında gələn ana dillərində təhsil almalarına yasaqlamalar qoyulmuşdur və zaman-zaman ana dili ilə bağlı hər hərəkəti ağır zərbələr ilə yatırmışdır.

     

    Azərbaycan milləti 80 il aşırı irqçi və cinayətkar Paniranist və Panariyaist axımlarının yatır-pasdır tutumları altında öz tarixi, iqtisadi, ictimai, siyasi və tərbiyə imkanları yıxıq və düşük duruma gəlmişdir. İranın belə faşisti tutumları altında türk diyə bir varlığın tamamən məhv olası amaclanmışdır.

     

    Azərbaycan milləti keçən illərdə öz milli haqlarını əldə etmək üçün böyük etirazları və hərəkətləri keçirmişdir. Eləcədə bu hərəkətlərin alt yapıqlarının bir təməli, ana dilinin öyrənilməsinin azadlığı belə olsa da, Fars şovinistinin insan haqlarına zidd qüvvələri bütün var gücü ilə dirənən millətimizə qarşı heç hərbədən vaz keçməmişdir.

     

    bu il 21 fevral, uluslarlarası ana dili günü münasibətlərini bir halda ağırlamasını keçiririk ki Güney Azərbaycanda may ayının kütləvi qalxınmalarını yatırmaq istəyən Fars şovinizminin əsgəri və əmniyyəti qüvvələri, Azərbaycan millətinin günahsız oğulları üstünə atəş açma nəticəsində 20 dən artıq şəhid Ana vətən uğrunda qurban oldu. Minlər milli fəal öz haqını müdafiə etməkdən dolayı həbsə alındı.  şəhidlərimizin və dustağa alınan fəalların Fars hökumətin yanında təkcə suçu Türk millətinin milli-siyasi müqəddəratı Azərbaycan millətinin hüzurunda görmək və Ana dilini müdafiə etməkdir.

     

    Ana vətənin özgürlüyü uğrunda qanı torpağımızı qızaran şəhidlərin xatirəsini anaraq və bütün Şovinizm belini sındıran iradəli milli hərəkətin cəsarətli milli-siyasi məhbuslarına Azadlıq diləyi ilə bildiririk ki:

     

                              

    Azərbaycan milli dirəniş təşkilatı(AMDT) Azərbaycan millətinin milli haqlarını əldə edincə milli dirənişin ideyaları üzərində dirənəcəkdir. 21 fevral, uluslararası ana dili günündə hər növ sivil və demokratik səviyyədə etirazın keçirilməsini özünə və Böyük və şərəfəli Azərbaycan millətinə vaz keçilməz haqq kimi görür.

     

    Azərbaycan milli dirəniş təşkilatı(AMDT) Azərbaycan millətinə müraciətində istəyir, uluslarlarası ANA dili gününün aksiyalarına qatılmaqla öz etirazlarını İranın aparteid siyasətlərinə bildirsinlər.   

              

     

    Ana dilində təhsil alma hər Azərbaycanlının danılmaz haqqıdır.

    Yaşasın uluslararası Ana dili günü    Yaşasın milli-Ana türk dilimiz

     

     

    Azərbaycan

    Mİllİ Dİrənİş Təşkİlatı

    (AMDT)

     

     

    Güney azərbaycan

    17 Yanvar 2007

     

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 12/4/2007 - Azərbaycan Milli Dirəniş Təşkilatının
  • Azərbaycan Milli Dirəniş Təşkilatının(AMDT) Xocalı Soyqırımının ildönümü münasibəti ilə bildirisi

     

     

     

    Şərəfli Azərbaycan Milləti*

     

    1992 ilinin 26 fevralı Azərbaycan milləti tarixinin ən hüznlü və kədərli günüdür. Ana yurdumuzun quzeyi, bağımsızlığından bir il sonra bir halda ki rəhmətlik Ə.Elçibəyin milli dövləti Rus sümürgəliliyindən qalan iqtisadi-ictimai problemlərlə və içəridə Rusa və İrana aid milli dövləti yıxmağa çalışan qüvvələrlə əlbəyaxa olmuşdu aşırı irqçi DAŞNAK, HİÇKAK və ASALA milisləri, Ermənistanın ordu yanı sırasında Xocalını neçə gün əsgəri mühasirəyə aldıqdan sonra işğal etdilər.

     

    Bu acı və kədərli gündə Dünya ictimaiyyəti xocalıda baş verən cinayətlər qarşısında və Beynəlxalq qurumların amaclı susmalarını gördükdə utanır. bu gündə minlər Bati Azərbaycan (Urmu, Salmas-xoy) türkünün qatili olan cinayətkar Marşimon övladları Şuşa, Laçın və Xocalıda türkə və türk övladına kin-küdurətli süngülərini, Azərbaycan ana və qızlarının ürəyinə taxdılar.

     

    Kiçik yaşlı günahsız Azərbaycan uşaqları yırtıcı Daşnakların güllələrinə tuşlandılar. Analar övladlarını və namuslarını qorumaq üçün dağlara doğru qaçdılar və qışın o canı yaxan soyuğunda dağlara da donub ölməyi namusun ləkələnməsindən üstün seçdilər. Ermənistanın xocalıda cinayətlərinin Sənədli görüntüləri hər ayıq və azad vicdanlı insanın içərisinə od çəkə bilir.

     

    14 il Qarabağın və Azərbaycan türklərinin soyqırımından ötürsədə hələlik siyasi və iqtisadi güclərin çıxarları uğrunda Qarabağda və Xocalıda baş verən cinayətlərin çox bölümü gizli qalmaqdadır. İranın islamiyyət və şiəlilik harayları ki dünyanın qulağını kar edibdir və Livan(lübnan), iraq, əfğanistan, Bəhrein ölkələrində şiə qardaşlarım diyə sinə gərmələri yanında başqa islamı ölkələr içərisində islamiyyətin liderliyini axtaran İran, həmən Qarabağda və Xocalıda cinayət baş verən illərdə nə təkcə məsələdən yan keçdi bəlkə həm o gün və həm bu gün işğalçı və türk-müsəlman qıran Ermənistanın yanında durdu.

     

    İranın Fars şovinizmi Ermənistana  maddi və mənəvi yardımlarının və himayələrinin yüksək səviyyədə genişlənməsindən və artmasından şaşıran Ermənistan prezidenti Koçariyan, İran və Ermənistan arasında ki əlaqələri belə ifadə edə bilmişdi: İran Ermənistanın Azad dünyaya Açılan qapısıdır. İran bizim böyük qardaşımız və mənim ikinci vətənimdir ki bizi heç zaman tək buraxmayacaqdır.

     

    Azərbaycan müsəlman türkülərin soyqırıma məruz qalmasını dəstəkləyən dövlətə və rejimə ən utandırıcı  və çirkin dosyadir ki onun vay islam səsi İndoneziyanın urmanlarına, Avropanın modern kafişaplarına və Afrikanın quruluqlarına qədər getmişdir. Hər gün minlər qapısı möhürlü uzun arabalar İran sınırlarından Ermənistana doğru yüklənir, minlər megawatt saat elektrik enerjisi Ermənistana təqdim olur, milyonlar Metre Küp qaz ixrac olur saqın ki türk-müsəlman torpaqlarının işğalçıları və cinayətkarları soyuğun dərdini çəksinlər.

     

    Azərbaycan Milli Dirəniş Təşkilatı(AMDT)  işğal olunan Qarabağın və Xocalının məzlum şəhidlərinin bu gündə xatirəsini anaraq İran dövlətinə son və qəti olaraq Ermənistana utanmaz-utanmaz himayələrinin kəsilmə qərarına gəlməni istəyir. Azərbaycan milləti və onun Milli dirənişi Qarabağın işğal olunmuş torpaqlarının azad olunmasınadək  qərarlıdır və bir anda belə olsun bu qərarın susmasına imkan verməyəcəkdir. İşğalçı Ermənistana iqtisadi və maliyyə yardımların davamı İran dövlətinə gələcəkdə ciddi zərərləri olaraq Azərbaycan milləti tərəfindən heç zaman bağışlanılmayacaqdır.

     

     

     

     

    Azərbaycan

    Mİllİ Dİrənİş Təşkİlatı

    (AMDT)

     

     

    GÜNEY AZƏRBAYCAN

    26 Fevral 2007

     

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 23/3/2007 - pişavəri
  •  

     

     

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

    Hakkımda

    تاریخ آذربایجان

    Bağlantılar

  • Ana Sayfa
  • Profilim
  • Blog Arşivi
  • Arkadaşlarım
  • e-posta
  • RSS

    Kategoriler

    Arkadaşlarım

    Reklam

  • Sayfa: 1 - Toplam: 2
    Son Sayfa | Sonraki Sayfa