Güney Azerbaijan

12/4/2007 - Dünya Ana Dili Günü Münasibət ilə Bağlı bildirisi

Azərbaycan Milli Dirəniş təşkilatının

“Dünya Ana Dili Günü Münasibət ilə Bağlı bildirisi”

 

 

Şərəfli Azərbaycan Milləti*

 

Dünyada çox millətlər öz milli varlıqlarını qorumaq üçün milli savaşa və milli dirənişə doğru gedən yolları və yapıqları düzənləmişdirlər. Banqladeş milləti də öz milli-siyasi haqlarının əldə edilməsi uğrunda böyük səviyyəli mücadilə sürəcinə girmişdir ki həmən mücadilələr sonucunda, o zəfər günləri Banqladeş millətinin tarixi dönüş noxtası kimi qeyd edilir. əldə edilən zəfərlər Banqladeşin ürəkli və cəsarətli mübarizlərinin qanının bahasına qurtulsa da 21 fevral günü benqal fəalları tərəfindən keçirilən ana dili münasibəti ilə Pakistanın assimilyasiya siyasətinə qarşı aksiyada bir neçə fəallın şəhid olması milli hərəkətin yürüşünü yüksək səviyyəyə daşıdı.

 

YUNESKO tərəfindən 1999 da 21 fevral günü rəsmiyyətə tanındıqdan sonra hər il bu gündə azad və demokratik ölkələrdə dünya ana dili gününə bağlı özəl törənlər ana dilini əzizləmə münasibəti ilə keçirilir.

 

Nə yazıq ki İranda başqa sivil ölkələrdən tamamən fərqli olaraq Fars şovinizminin irqçi düşüncələrinin hörümçək tellərində əsir düşən millətlər, ilkin haqlarının başında gələn ana dillərində təhsil almalarına yasaqlamalar qoyulmuşdur və zaman-zaman ana dili ilə bağlı hər hərəkəti ağır zərbələr ilə yatırmışdır.

 

Azərbaycan milləti 80 il aşırı irqçi və cinayətkar Paniranist və Panariyaist axımlarının yatır-pasdır tutumları altında öz tarixi, iqtisadi, ictimai, siyasi və tərbiyə imkanları yıxıq və düşük duruma gəlmişdir. İranın belə faşisti tutumları altında türk diyə bir varlığın tamamən məhv olası amaclanmışdır.

 

Azərbaycan milləti keçən illərdə öz milli haqlarını əldə etmək üçün böyük etirazları və hərəkətləri keçirmişdir. Eləcədə bu hərəkətlərin alt yapıqlarının bir təməli, ana dilinin öyrənilməsinin azadlığı belə olsa da, Fars şovinistinin insan haqlarına zidd qüvvələri bütün var gücü ilə dirənən millətimizə qarşı heç hərbədən vaz keçməmişdir.

 

bu il 21 fevral, uluslarlarası ana dili günü münasibətlərini bir halda ağırlamasını keçiririk ki Güney Azərbaycanda may ayının kütləvi qalxınmalarını yatırmaq istəyən Fars şovinizminin əsgəri və əmniyyəti qüvvələri, Azərbaycan millətinin günahsız oğulları üstünə atəş açma nəticəsində 20 dən artıq şəhid Ana vətən uğrunda qurban oldu. Minlər milli fəal öz haqını müdafiə etməkdən dolayı həbsə alındı.  şəhidlərimizin və dustağa alınan fəalların Fars hökumətin yanında təkcə suçu Türk millətinin milli-siyasi müqəddəratı Azərbaycan millətinin hüzurunda görmək və Ana dilini müdafiə etməkdir.

 

Ana vətənin özgürlüyü uğrunda qanı torpağımızı qızaran şəhidlərin xatirəsini anaraq və bütün Şovinizm belini sındıran iradəli milli hərəkətin cəsarətli milli-siyasi məhbuslarına Azadlıq diləyi ilə bildiririk ki:

 

                          

Azərbaycan milli dirəniş təşkilatı(AMDT) Azərbaycan millətinin milli haqlarını əldə edincə milli dirənişin ideyaları üzərində dirənəcəkdir. 21 fevral, uluslararası ana dili günündə hər növ sivil və demokratik səviyyədə etirazın keçirilməsini özünə və Böyük və şərəfəli Azərbaycan millətinə vaz keçilməz haqq kimi görür.

 

Azərbaycan milli dirəniş təşkilatı(AMDT) Azərbaycan millətinə müraciətində istəyir, uluslarlarası ANA dili gününün aksiyalarına qatılmaqla öz etirazlarını İranın aparteid siyasətlərinə bildirsinlər.   

          

 

Ana dilində təhsil alma hər Azərbaycanlının danılmaz haqqıdır.

Yaşasın uluslararası Ana dili günü    Yaşasın milli-Ana türk dilimiz

 

 

Azərbaycan

Mİllİ Dİrənİş Təşkİlatı

(AMDT)

 

 

Güney azərbaycan

17 Yanvar 2007

 

EkleBunu Sosyal Paylaşım Butonu
Yorum yaz! :: Arkadaşına Gönder!

Hakkımda

تاریخ آذربایجان

Bağlantılar

  • Ana Sayfa
  • Profilim
  • Blog Arşivi
  • Arkadaşlarım
  • e-posta
  • RSS

    Kategoriler

    Arkadaşlarım

    Reklam

  • Kayıt: - Toplam:
    Son Sayfa | Sonraki Sayfa