
Azərbaycan Milli Dirəniş Təşkilatının(AMDT) Xocalı Soyqırımının ildönümü münasibəti ilə bildirisi
Şərəfli Azərbaycan Milləti*
1992 ilinin 26 fevralı Azərbaycan milləti tarixinin ən hüznlü və kədərli günüdür. Ana yurdumuzun quzeyi, bağımsızlığından bir il sonra bir halda ki rəhmətlik Ə.Elçibəyin milli dövləti Rus sümürgəliliyindən qalan iqtisadi-ictimai problemlərlə və içəridə Rusa və İrana aid milli dövləti yıxmağa çalışan qüvvələrlə əlbəyaxa olmuşdu aşırı irqçi DAŞNAK, HİÇKAK və ASALA milisləri, Ermənistanın ordu yanı sırasında Xocalını neçə gün əsgəri mühasirəyə aldıqdan sonra işğal etdilər.
Bu acı və kədərli gündə Dünya ictimaiyyəti xocalıda baş verən cinayətlər qarşısında və Beynəlxalq qurumların amaclı susmalarını gördükdə utanır. bu gündə minlər Bati Azərbaycan (Urmu, Salmas-xoy) türkünün qatili olan cinayətkar Marşimon övladları Şuşa, Laçın və Xocalıda türkə və türk övladına kin-küdurətli süngülərini, Azərbaycan ana və qızlarının ürəyinə taxdılar.
Kiçik yaşlı günahsız Azərbaycan uşaqları yırtıcı Daşnakların güllələrinə tuşlandılar. Analar övladlarını və namuslarını qorumaq üçün dağlara doğru qaçdılar və qışın o canı yaxan soyuğunda dağlara da donub ölməyi namusun ləkələnməsindən üstün seçdilər. Ermənistanın xocalıda cinayətlərinin Sənədli görüntüləri hər ayıq və azad vicdanlı insanın içərisinə od çəkə bilir.
14 il Qarabağın və Azərbaycan türklərinin soyqırımından ötürsədə hələlik siyasi və iqtisadi güclərin çıxarları uğrunda Qarabağda və Xocalıda baş verən cinayətlərin çox bölümü gizli qalmaqdadır. İranın islamiyyət və şiəlilik harayları ki dünyanın qulağını kar edibdir və Livan(lübnan), iraq, əfğanistan, Bəhrein ölkələrində şiə qardaşlarım diyə sinə gərmələri yanında başqa islamı ölkələr içərisində islamiyyətin liderliyini axtaran İran, həmən Qarabağda və Xocalıda cinayət baş verən illərdə nə təkcə məsələdən yan keçdi bəlkə həm o gün və həm bu gün işğalçı və türk-müsəlman qıran Ermənistanın yanında durdu.
İranın Fars şovinizmi Ermənistana maddi və mənəvi yardımlarının və himayələrinin yüksək səviyyədə genişlənməsindən və artmasından şaşıran Ermənistan prezidenti Koçariyan, İran və Ermənistan arasında ki əlaqələri belə ifadə edə bilmişdi: İran Ermənistanın Azad dünyaya Açılan qapısıdır. İran bizim böyük qardaşımız və mənim ikinci vətənimdir ki bizi heç zaman tək buraxmayacaqdır.
Azərbaycan müsəlman türkülərin soyqırıma məruz qalmasını dəstəkləyən dövlətə və rejimə ən utandırıcı və çirkin dosyadir ki onun vay islam səsi İndoneziyanın urmanlarına, Avropanın modern kafişaplarına və Afrikanın quruluqlarına qədər getmişdir. Hər gün minlər qapısı möhürlü uzun arabalar İran sınırlarından Ermənistana doğru yüklənir, minlər megawatt saat elektrik enerjisi Ermənistana təqdim olur, milyonlar Metre Küp qaz ixrac olur saqın ki türk-müsəlman torpaqlarının işğalçıları və cinayətkarları soyuğun dərdini çəksinlər.
Azərbaycan Milli Dirəniş Təşkilatı(AMDT) işğal olunan Qarabağın və Xocalının məzlum şəhidlərinin bu gündə xatirəsini anaraq İran dövlətinə son və qəti olaraq Ermənistana utanmaz-utanmaz himayələrinin kəsilmə qərarına gəlməni istəyir. Azərbaycan milləti və onun Milli dirənişi Qarabağın işğal olunmuş torpaqlarının azad olunmasınadək qərarlıdır və bir anda belə olsun bu qərarın susmasına imkan verməyəcəkdir. İşğalçı Ermənistana iqtisadi və maliyyə yardımların davamı İran dövlətinə gələcəkdə ciddi zərərləri olaraq Azərbaycan milləti tərəfindən heç zaman bağışlanılmayacaqdır.
Azərbaycan
Mİllİ Dİrənİş Təşkİlatı
(AMDT)
GÜNEY AZƏRBAYCAN
26 Fevral 2007
|