Güney Azerbaijan

  • 15/4/2007 - Azərbaycanda bahar bayramı
  • Azərbaycanın muxtəlif bölgələrində çeşitli adlarla səslənən bahar bayramı ölkəmizin hər tərəfində bir az fərqli olsada ümumi qaydalar üzərində qurulmuş bir bayramdır. Hələ dilimizə bu qədər Fars sözü girmədən öncə ona “il bayramı”, “ yaz bayramı” və “bahar bayramı” diyərdilər. Ancaq “ novruz “ adinda bir bayram mən eşitməmişdim. Bu söz bəzi oxumuşların vəya özünü bilici göstərmək istəyənlərin tərifindən “ ilin ilk günü “ kimi tərif edilərdi. Bunun yanında quzey Azərbacanda özəlliklə Bakıda “ novruz” sözu daha çox işlənməkdədir.

    “ Bahar Bayramını” uzun illərdən sonra özəlliklə uşaqlıq və cavanlıgımda Təbriz və ətrafi habelə Urmu və ətrafında gördüklərim və ailəmizin geçirdiyi mərasimlərdən xatırliyacagıma görə xətalarım olursa islah edilməsin bütün Azərbaycan aşıqlərindən xahiş edirəm. Özəlliklə dilçi və folklorşunas olmadıgıma göre yazı uslubu və metodologi yanlışlıqlarımı vətən eşqində çırpınan ürəyimdən axan qızıl qana bulaşmış həsrət ahlarına bagışlanmasını təmənni edərdim. Umid edirəmki, bugün ərsiyə gəlmiş dəyərli yazıçılarımız özəlliklə yaşlı nəslimiz milli varlıgımızın qorunub saxlanılmasında əllərindən gələni əsirgəmiyəcəklər.

    Bəlkə gənçliyimin oglan çagında ( 13- 18 ) Urmuda yaşayıb oradakı yüksək səviyəli   insaniyət və mədəniyətdən yadımda qalan gözəl xatirələr, bəlkədə Urmunun gözəl təbiəti- verimli topragı- bol suyu və gülər üzlü xalqının təsiri, yada bugünə qədər başına gəlmiş bəlaların tikrarından olan nigarançılığımdırki, həməşə beynimdə, dəvamlı ürəyimdədir. Ona görədə oradan başlamagı sanki bir vəzifə sayıram.

    Bayrama dörd həftə qalmış çərşəmbə axşamından başlanan şənliklər gənç oglanlanların tonqal qalıyaraq alovlandırması ile başlar . Bu iş bayram öncəsi çərşəmbə axşamına qədər olan ot, su, torpaq və od adlanan günlərdə dəvam edər. Qızlı – oglanlı tonqalın ətrafında toplaşaraq oxuyub,oynarlar və odun üstündən atılaraq özəlliklə qızlar diyər “ atıl matıl çərşənbə - baxtım açıl çərşənbə”( bunu sudan da atılaraq söylərlər). Bu mərasim axır çərşəmbə günü ən yüksək səviyədə geçirilər . O günü daha böyük tonqal qalanar , daha çox insan toplaşar, daha yaşlı insanlar hətta aqsaqqallarda şənliyə qoşularlar, toy çalınar calman gedilər. Fış-fışalar atılar,tüfənglər şaqqıldar od qalaqları uca damlarda da yandırılar, bütün millət əlində olan bütün imkanlardan istifadə edərək şənliyə şən qatmaga çalışar. O gecə isə özünə məxsus törənlərlə evlərin daxilində və eşikdə millət od çərçəmbə mərasimlərim yerinə yetirərək bayram gününə hazırlanar. Göz qaraldıqdan sonra hərkəs öz evinə gedər, çərşəmbə süfrəsinin başında əyləşilər. Ananın həftələr boyu zəhmət çəkib pişirib- düşürdüyü milli yeməklərlə, bag-baxcanın pozuldugu zamandan saxlanılan “ “milaq” – “qoz” və atanın alib gətirdiyi şirniyatla bəzənmiş süfrə nemətlərindən faydalanılar. Urmuda bayrama bir ay qalandan xanımlar qolların çırmalıyaraq hazırlıga başlar. Urmu nemətlərindən olan doşab, qoz və buna bənzər məhsullardan istifadə edərək “sucuq “ sərərlər. Hər məhəllədə neçə ailə toplaşıb bugda gövərdərlər, bayrama neçə gün qalmış onu əzib suyun çıxararaq asdıqları böyük tiyanlarda səməni pişirərlər. Səməni pişirmə mərasimi özü- Özlüyüdə dəyərli bir mədəniyətdir. Tiyanın altı 3-4 gün sönməməli və bütün bu müddətdə onu uzun çömçələrlə qarışdırmalı olduqlarına görə özəlliklə gecələr xanımlar onun başına toplaşıb bəlli şeirlər oxuyub, özəl havalar oynarlar. Sucuq sərmə ondan asan bir iş deyildir, oda özlərinin hazırladıqları nişasta, paizda bagda pişirilmiş doşab və çırpılıb gətirilmiş qozun qarışımından hazırlanar. Günlər boyu özəl yerdə özəl təxtələr üstünə sərilmiş təmiz süfrəlrin üstündə yatırdılar, dəfələrlə çevrilər, özünə gəldiyi zaman yıgılıb qazanlara toplanar. Artırmalıyamki, Urmu şəhərində yaşayan və kökü Urmulu olan bütün ailələrin ətraf kəndlərdə uzum bagları olardı. Ona görədə yuxarıda adını çəkdiyim milli yeməklər vəya pış-pışa neyqazanı asıb “ bidmişq “ aragı çəkmək vəya paizda “nanə- şahistərəm” və başqa  insan saglamlıgına faydali olan otların aragının çəkilməsi kəndlərdə oldugu kimi şəhərlərdə də yayqın idi. Bu işlərin çoxunun qadın və kişi işbirliyinə ehtyaci olduguna görə ailədə çox yaxın ilişgiləri görmək mümkünydü. Özəlliklə kənd həyatında qadınların böyuk rolu olardı. Ev və eşik işləri qadın vı kişi arasında bərabər planlaşdırılardı. Hankı yerin bugda, haranın tutun- bostan – yeralma əkilməsi vəya ailə həyatının başqa probləmləri ailədə müzakirə olub nəticəyə baglanardı. Qadınlar əkin yerlərində özəlliklə uzum baglarında çalışdıqları kimi kişilərdə evdəki muxtəlif işlərdə iştirak ederdilər. Qdın anadır, ana  bütün çətinliklərə dözər, taki ailə dagılmasın – uşaqlar xoşbaxt olsun fəlsəfəsinə görə, bəlkədə qədim Türk ənənələrinə uyaraq   qadınların ailədəki rolu hemeşe birinciydi. Bayram törənlərində də qadınların böyük rolu inkar edilməzdir. Ona görədə bıllı-bıllı mərasimində , ərlik qız olan evlərdə ,təzə tanışdıgı sevgilisinə çərşəmbə yemişi və bayramlıq baglamağa icazə yetgisi ancaq anadaydı.

    Bıllı- bıllı sallamaq mərasimindən danışmaq istərkən ulu Şəhriyarın” ay nə gözəl qaydadı şal sallamaq- bəy şalına bayramlıgın baglamaq” misralarını xatırlamadan geçmək dogru deyildir. Demək, o bölgədə və bütün Azerbaycanda bu dəb varmış və bugündə dəvam edir. Axır çərşəmbə gecəsi gənc oglan uşaqları şamların yeyib- Yeməmiş , dəsmallarına və ya börklərinə ip- qayış vəya bir şal baglıyaraq damlara çıxarlar və desmal sallarlar. Evin üstündə baca varsa oradan , yoxsa pəncərənin qabagından şallar sallanar və hər ev öz imkanları daxilində ona çəp-çərə baglar. Gənclər qozları toplar, sabahından başlıyaraq bayramdan bir neçə gün gedincə cəviz oynarlar. Boyanmış yumurtaları topluyaraq o günlər yumurta döyüşdürərlərki, onun özünün qaydaları var. Pulları topluyaraq o günlərdə rəsm olan muxtəlif aşıq oyunları , duvara vurdu, bajor və ona bənziyən oyunlar oynarlar. Aşıqların bəzən alçı və tovxan tərəfləri sürtülər, onun cik vəya bök durdugu zaman bir şey qazanmaz, ancaq omba durdugunda bütün oyunu udar. Aşıq heç zaman iki ayaq üstündə durmaz,  bəlkə ona görədirki, o duruşun özəl adı yoxdur.

    Bıllı- bıllı gecəsi ən duygulu anlar qız öz nişanlısının dəsmalına bagladıgı bayramlıq anlarıdır. Desmali vəya börkü öncədən tanıyan qız ananın emri ilə ona çərşəmbə yemişi baglar. Ancaq ananın görməməsi şərti ilə özünündə hazırladıgı bayramlıgı baglar, baxmıyaraqkı bayramlıqlar əsasən bayram günündəki görüşlərdə verilər.

     O gecə bütün ailələrdə yaxşı və müsbət sözlər danışılmalıdır, çünki gənc oglan və qızların açar salmaları hər qapının arxasında ola bilər. Açar salanın eşitdyi sözlərin keyfiyətinə görə onun gələcək şansının necəliyi məlum olar inancındadırlar.

    Bayram günü hər kəs təzə paltarların geyib, öncə erefata gedərlər və  geçmişlərinin məzari başında  halva paylayıb fatihə oxurlar. Sonra  bir- birinin görüşlərinə gedərək bayramların təbrik edərlər. Bu görüşlərdə öncəlik yasli olan ailələr və həmçinin aqqsaqqallar və qədim zaman kəndin ərbabı vəya xanı olardı. O günü il təhvil olanda kəndin vəya məhəllənin toyçusu dam üstə cıxar və böyük toyu gümbüldadar, çox çəkməzki cavanlar toplaşıb oynamaga başlarlar.

    Yuxarıda da qeyd etdiyim kimi bir tərəfdə yumurta döyüşdürərlər, bir tərəfdə top oynarlar, bir tərəfdə “təzə oyunumun əl şəqqisi “ diyərək pil-dəstə oynarlar , ancaq böyüklər daha ziyadə evlərdə  görüşə oturarlar vəya görüşə gederlər.

    O günü bütün ailə üzvləri bir – birinə bayramlıq verər, görüşə gələnlərində çoxu özəlliklə yaxın qohumlar uşaqlara bayramlıq verməyi unutmaz.

    Fikrimcə bu bayramın ən gözəl insani dəyəri küsülülərin barışmasıdır. Umumiyətlə küsülü olanlarin özləri görüşüb barışarlar, yada görüşə getdikləri evdə bir- birlərin görub barışarlar. probləm çox böyük olursa aqsaqqallar qolların çırmalayıb bu işi yerinə yetirərlər, gənclər arasındakı küsülülər isə öz dostlarının planlaşdırdıgı və hazərladıgı görüştə güya təsadüfi bir- birlərin görüb görüşüb barışarlar, yoxsa yoldaşlarının xahişi ilə əl sıxışarlar. Bütün çabalar insanların barışması və yeni ilə küsülü girməməsi üçün yerinə yetirilər və başarılıda olar.

    Bayram günü aralarında şikayət olan çoxlu ailələr barışar, polis, Jandarma və ya edliyədəki agır şəraitdən can qurtarar.

    Bəzi fərqliliklər olsada bütöv Azərbaycanda demək olarki, bahar bayramı eyni qaydalarla geçər. Baxmıyaraqki şimali Azərbaycanla Güney arasında uzun müddət ayrılıq olmuşdur və özəlliklə İstalin diktatörlüyü bir tərəfdən milli günlərimizi unutdurmaga çalışırkən  bir tərəfdəndə türklük şuurumuzu əzməyə  çalışmışdır Quzeydə geçirilən bahar bayramı törənləri güneydəki ilə çoxda fərqlənmir. Bakıda qaldığım on il müddətində bunu dərinliklərinə qədər hiss etsəmdə  Quzeydəki bəzi şənliklərin Güneydə də geçirilməsi arzularıma daxildir. Şübhə yoxdurki cənubda da əskidən qalmış dəyərli münasibətlərin şumala daşınması kültürümüzün genişlənməsi üçün zəruridir. Bakıda geçirilən bayram törənlərinin zirvəsində bayram günü şəhərin mərkəzi və başqa yerlərindəki, çal-çagır programıdır. Bakı merinin böyük diqqət və zəhmətlə hazırladıgı bu şənlikdə bütün sənətçilər iştirak edər və bir qayda olaraq dövlət başçısı şəhərin mərkəzi və içəri şəhərdə gəzintiyə çıxar, xalqla bayramlaşar, gəlin kimi bəzənmiş bahar qızı ilə rastlaşar. Bahar qızını şəhərin bir çox yerində görmək, xalqla bayramlaşmağını və bəzən gənçlərlə ən-ənəvi yumurta döyüşdüməsini görmək mümkündür.

    Şumalda da güneydə olduğu kimi zəhmətkeş qadınlarımız günlər öncədən bayrama hazırliq görər və dadı damağımdan getmiyən məşhur “şəkərbura” bol- bol pişər. Gənçlər qapların arxasına bayramlıq almağa gələr, insanlar bir- birinin görüşünə gedərək bayramlaşar.

    Təbriz və ətraf  kəndlərində bəzi özünə xas törənlər olsada umumi gedişat çoxda fərqlənməz.

    Təbrizdə tonqal qalayıb od yandırmaq Urmu qədər əzəmətli olmasada axir çərşənbə günü tərəqqə atmaq və fışfışa fırlatmaq bütün şiddəti ilə dəvam edər. Dəqiq xatirimdədirki o günlər özəl saxsı torpağından düzəlmiş, içinə gügürd və barıt doldurulmuş üskük boyda bir patlayan satılardı. O ayaq altında patlayıb ses verdiyi kimi gənçlərin özünün simdən düzəltdiyi bir alətə yerləşdirib , uzağa fırladılardı , yerə düşündə alovla birlikdə şaqqıldardı.

    Təbrizin ətraf kəndlərində çərşənbə axşamı şal sallama və od yandırma mərasimi yerinə yetirildiyi kimi o günü nişanlı qızlara bayram payı aparılar. Özəlliklə Səhənd dagının ətəklərində yerləşən qarlı-boranlı və soyuq havalı kəndlərdə nişanlı qız bey şalına qışda muxtəlif rəngli iplərdən toxudugu corabın baglar.

     Təbrizdə çərşənbəlik deyilən bu pay daha önəmli və daha qaydalı biçimdə tənzimlənər. O gün nişanlı qızın gözü qapıda olduğuna görə maddi durumundan asılı olmuyaraq  bütün nişanli ailələr qız evinə çərşənbəlik göndərər. Maddi imkani olanlar bir , bəzən daha çox xonça bəziyib hazırlayaraq ona az yaşlı bir oğlan uşağı qoşaraq qız evinə yollarlar. Özəl bir formada taxtadan düzəldilmiş bu xonçalarda umumiyətlə bulutla şirniyat, özəlliklə Təbrizdə çox məşhur olan “ qurabiyə” , nişanlı qıza donluk- ayaq qabı və çadiralıq, qaynanaya donluk, qaynataya ayaq qabı, baldızlara çadıraliq və qayınlara köynək vəya köynəklik aparılar. Maddi imkani olmuyan ailələrdə isə “məjmei” deyilən mis qablarda vəya daha kiçik sinilərdə aparılar, amma mütləq aparılar. Təbrizdə mütəlif formada çərşənbə yemişi hazırlanar və tükanlarda satılar, ən yaxşısı məmülən Emir bazarının dalında olar. Ancaq cuvanəzənlikdə taninmış olan Təbriz qadınlarının çoxu bunu özləri hazırlar. Kişmiş, xurma, basdiq, qoz, badam və buna bənzər yiyəcəklərdən düzəldilmiş çərşənbə yemişi ancaq o gün üçündür, bayram gününə isə özəl şirniyat pişər.

    Təbrizdə o gecə ümumən “balq plov “ yeyilər, şamdan sonra yemiş məjmeisi gələr, uşaqlara pay verilər, böyüklər dəcindən faydalanar. O gecə açar salmaq böyük bir zevqlə geçirilər, beləki bəxt astanasındakı qızlar ayaqlarının altına bir açar qoyaraq evdeki danışıqlara qulaq asarlar. Ona görədirki, o gecə hamı gözəl sözlərdən danışar, toydan -bayramdan diyər və qapının arxasındakını öz arzılarına çatdırmaq üçün əlindən gələni edər. 

    Bayram gününə hazırlıq günlər öncə ev- eşiyin yuğulub təmizlənmısi ilə başlar, bayram şirnisin çoxları bazardan alsada qədim ailələr onu evdə pişirərlər. Badam içini dibək-  dəstədə əzərək narinlədəndən sonra məxsus un, nişasta, bal vəya şəkərlə, sarı yağ və gülab qatılmış su ilə yogurub kiçik dairə şəklində tavada yumuşaqcasına qovrulmuş qurabiyə , lövzi və baqlava adlandırılan bayram şirniləri günlər öncə hazırlanar. Qədim onun yumuşaq qalması üçün mis qazanlara yığılaraq  evlərdə özəl formada tikilmiş dilablarda uşaqların gözündən ıraq  saxlanılardı və bayram günü  döşənərək görüşə gələnlərə təqdim edilərdi. Əlbəttəki uşaqlarda ondan öz nəsibini alardı.

    “Bayram süfrəsi evdən- evə , ailədən -ailəyə fərqli bəzənmiş olsada bu bayrama çox böyük əhəmiyət verən və bütün qaydaların titizliklə yerinə yetirməyə can atan anamın süfrəsin, sikkə- səməni- sarımsaq- su- çiraq- ayna və quran bəzərdi. İl deyişdiyi an istisnasız olaraq bütün ailə üzvləri o günə qədər geyilməmiş təzə paltarların giyərək süfrənin başında olmaliydı. İl deyişən kimi hamı bir-birinə bayramı təbrik diyərdi, böyüklər uşaqlara təzə pul vəya sikkə bayramlıq verərdi, cavanlar boyanmış yumurtaları götürüb , döyüşdürmək üçün küçəyə çıxardı”. Kənd yerlərində o gün çeşitli oyunlar yanında at çapdırmaq və dovşan ovuna çıxmaq özəlliklə Təbrizə dərs oxumaq üçün getmiş və bayramda ailələrinin yanına gəlmiş cavanlar üçün unudulmaz xatirələr olurdu. Ən maraglısı o kəndlərdə “top Ərəbi” deyilən bir oyun oynanardıki, daha ziyadə Amerikalıların bugün oynadigi əl futbalına bənzərdi. Bayram günü o kəndlərdə küsülülərin barışması qədər gözəl və dəyərli qayda milli kültür ölçüsündə tayı tapılmıyan qaydadır.

    Bayramlaşmaq hələdə uzun müddət dəvam edər , kişilər ilk günlərdə görüşlərin başa çatdırsalarda qadınlar onu sürdürər. Ətraf kəndlərdə bir misal var , diyərlərki, “ qadınlar arpa biçiminə qədər bayram görüşünə gedərlər”.

    Böyük Rəsuloglu 05.01.2006

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 13/4/2007 - Millətləşdik! Dövlətləşməmizə çox
  •  

    Millətləşdik! Dövlətləşməmizə çox az qaldı... Bu millətin dövlətini də biz quracağıq...





    Güney Azərbaycan Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı -UNPOnun üzvlüyünə qəbul edildi.

    Güney Azərbaycan Bayrağı Güney Azərbaycanı təmsil edən bayraq olaraq tanındı.

    Güney Azərbaycanı millətini UNPO da onun həqiqi təmsilçıləri təmsil edəcək.


    Birləşmiş Millətlər Təşkilatında təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatının UNPO-nun Brukseldə Avropa Parlamentində Fevralın 1-2 də keçirilən 2 günlük ümumi yığıncağında gündəlikdə olan əsas müzakirə mövzularından biri Güney Azerbaycan xalqının bu beynəlxalq quruma üzvlüyünün müzakirəsindən ibarət olub. UNPOnun Fevralın 01-də keçirilən iclasının ilk günündə qurumun idarə heyəti tərəfindən UNPOnun ilkələri və əsasnaməsi barədə məlumat verilib. UNPOnun yeni fəalliyət programı qəbul edilib. Daha sonra UNPO- nun baş katibi cənab Marino Bursdachin üzvlük üçün müraciət etmiş Güney Azerbaycan barədə məlumat vermişdir.
    Ümumi yığıncaqda çıxış edən UNPOnun baş katibi cənab Marino Güney Azerbaycan Milli Oyanış Hərəkatının bu yöndəki ərizəsinin araşdırılması üçün 18 ay vaxt sərf edildiyini, xalqı təmsil etmə hüququ və səlahiyyəti üzrə həm Güney Azərbycanda həm də xarici ölkələrdə ciddi araşdırılmalar aparıldığını deyib. Onun söylədiyininə görə, UNPO nümayəndələri məsələnin araşdırılması üçün hətta Güney Azərbaycanda qeyri-rəsmi səfərdə olublar və məsələnı yaxından öyrəniblər. Hərtərəfli incələnmələrin sonucda, Birləşmiş Millətlər Təşkilatında təmsil olunmayan Güney Azərbaycan xalqının Təmsil olunmayan bir millət olaraq UNPOda təmsil olunmasının vacibliyi qərarına gəlinib.
    Bununla yanaşı, Güney Azərbaycan millətini, onun milli oyanışı və özgürlüyü uğrunda mübarizə aparan Güney Azərbaycan Milli Oyanış Hərəkatının təmsil etmə haqqına sahib olması qənaətinə gəlinib.
    2003-cü ildə Güney Azərbaycanın Kəleybər şəhərində tarixi Babək Qalasında keçirilən milli hərəkat tərəfdarlarının qurultayında 10 minlərlə törən iştirakçısı tərəfindən qəbul edilərək yüksəldilən bayrağın Güney Azerbaycanın millətini təmsil edən milli simbol- milli bayraq olması qərarına varilib.

    Fevlaın 1- də keçirilən UNPO qurultayında Güney Azərbaycan Türkləri 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Güney Azərbaycan nümayəndə heyətinə şəxsən Güney Azərbaycan Milli Hərəkatının lideri, GAMOH başqanı Dr. Çöhrəqanlı başçılıq edib.

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 12/4/2007 - Soltan Ali Mirza Kadjar
  • Soltan Ali Mirza Kadjar, Head of the Imperial Kadjar House, 1988-Present

     

    Soltan Ali Mirza Kadjar, in his residence in Paris 1998. Behind him are (from left to right) portraits of a young Soltan Ahmad Shah in full regalia, of Fath'Ali Shah Kadjar and Fath'Ali Shah's father, Hossein Qoli Khan Kadjar.

     

    Soltan Ali Mirza Kadjar, in Iran, on a recent visit and tour of ancient sites.

     

    Soltan Ali Mirza flanked by King Darius' Javidans! (Paris, the Louvre, 1999)

    _________________

    Note: Pictures courtesy of Soltan Ali Mirza Kadjar; reproduced with permission.

     

    Back to Qajar (Kadjar) Rulers Page

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 12/4/2007 - Qacarların devrilməsi Səttarxan'ın siyasətsiz
  • قاجارلارين دئوريلمه سي ستتارخان´ين سيياستسيز و يئرسيز عينادكارليغينين نتيجه سي ايدي


    Səməd Niknam

    Burası Azərbaycan'dır, Nə İran'ın başı, nə də ayağıdır

    İran İslam Cumhurisinin rəsmi orqani ”İran” qəzeti 1385-ci il ordibeheşt ayinin 22-si 3469-cü sayında Turk millətinə qarşı təhqirlərə yol vermişdir. Qəzetin təhqiredici ifadələri fars millətçilərinin Riza şah dövründən başlanmış antitürk təbliğatının davamıdır. Pəhləvilər və İslam Cümhurisi dövründə fasların yürütdüyü şoven siyasəti axır ki, onları adını çəkdikləri zibilliyə aparacaqdır. Mən fars “yazarlarının” işlətdiyi ifadələri təkrar etmək istəməzdim. Lakin bunu deməliyəm ki, hər kəs özünə layıq obyektdə axtarış aparar. İslam dövlətinin rəsmi qəzetinin yazarları sözsüz ki, islam dövlətinin və fars millətinin rəsmi təmsilçiləridirlər. Fars dilində yazan “islam dövlətinin” təmsilçiləri özlərinə layiq obyekt seçmişlər.

    Bu olay azərbaycanlıların kütləvi etirazına nədən oldu. Adı çəkilən qəzet növbəti sayında Azərbaycanı İranın başı adlandırıb. Fars bəradərlərimiz düz deyir. Biz özümüzə yox başqasına baş olmuşuq. Bəsdir bu qədər baş ayaq olduq.

    Məmmədəli şah hələ Təbrizdə vəliəhd olarkən Səttarxanın böyük qardaşı Məşədi İsmayılxan ölüm cəzasına məhkum olmuşdu. Səttarxanın atası öləndə vəsiyyət etmişdi ki, ” Səttar gərək İsmayılın qanını qacarlardan alsın”. Səttarxanin Məmmədəli şahin devrilməsində göstərdiyi təkid bu qan düşmənliyindən irəli gəlirdi.

    Məşrutə hərəkatı dövrü Azərbaycan Fədailərinə başçılıq etmiş Səttarxan siyasətçi deyildi, lakin böyük sərkərdə idi. Səttarxan Məşrutə nədir bilmirdi Bütünluklə, o siyasi plan və proqramdan uzaq adam idi.

    O eyni zamanda nəyin bahasına olursa olsun Məmmədəli şahı taxtdan salmaqi hədəfə almışdı.

    O vaxt Səttarxanın yersiz inadkarlığını görən Azərbaycanın siyasət adamları, o sıradan Əbdülrəhim Təbrizi Talıbov dəfələrlə xəbərdarlıq etmişdi ki, ”çox tünd getməyin, iş belə getsə ip də gedər it də”.

    Bu və bu kimi məsləhətli sözləri heç kim Səttarxana başa sala bilmədi. Səttarxan ” kor atı minib köndələn çapdı. Tehranı fəth etmədi, üstəlik Təbriz də əldən çıxdı. Azərbaycanın hökmü, sözü, siyasəti deyil sadəcə quru adı qaldı.

    Sözsüz ki, böyük sərkərdə Səttarxan Məşrutə ugrunda döyüşmüşdür. Lakin etiraf etməliyik ki, o dövr ciddi səhvə yol verilib. Qacarların devrilməsi Səttarxanın siyasətsiz və yersiz inadkarlığının nəticəsi idi.
    Məşrutəni Azərbaycana və İrana Səttarxan və başqa hərəkatçılar gətirmədi. Məşrutə Müzəffərəddin şahın mülukanə hədiyyəsi idi. Müzəffərəddin şah Avropa səfərləri zamanı belə nəticəyə gəlmişdi ki, ölkə modernləşməlidi. Uzun uzadı mübahisələrdən sonra inkişafın yolunu ana yasanın yazılmasında görmüşlər. Müzəffərəddin şah ana yasanı imzaladıqdan sonra ölkənin aydın fikirli adamlarına, o sıradan Eynəddovləyə deyirdi ki, sizin borcunuz mənim mütləq hakimiyyətimlə mübarizə etməkdi. Onun məqsədi yenicə ana yasa əldə etmiş mütləq monarxiya üsul idarəsinə qarşı demokratik alternativ yaratmaq idi. Lakin yazıqlar olsun ki, bu arzu mollaların və özünü məşrutəçi adlandıran doçuların qəzəbinə tuş gəldi.

    Haşiyə !

    1988-ci il Azərbaycan Sovet Sosialist Respublikasında noyabr, dekabr ayları idi. İndi Azərbaycan Respublikasının tarixində “ Dirçəliş günü “ kimi qeyd olunan 17 noyabrda başlanmış mitinqlər dalğası güclənirdi. Mən həmin illər Tibb Universitəsinin tələbəsi idim. İnstitutdan bir başa mitinqin keçirildiyi Azadlıq meydanına gedirdik. Bir gün bizim latın dili müəllimi qocaman ustad, Çar hökumətini görmüş, Müsavat dövrünü yaşamış, 37-ci illəri çox çətinliklə başdan sovmuş Məmmədəli Məmmədəliyev məni kabinetinə çağırdı və dedi :” Eşitmişəm günün meydanda keçir, getmə ora. O meydan, o mitinq, o rəhbərlər Azərbaycanı uçuruma aparacaq. Onlardan millətə rəhbər olmaz. O nədir? Orta məktəbi bitirməmiş birisindən millətə rəhbər olmaz. Hərə ağzına gələni deyir. Elə rəhbərlik olmaz. Millətin ağıllı və siyasətçi rəhbəri olmalıdır. Bax Baltikyanı ölkələrə. Millət elə olar”. Məmmədəli müəllim sözünə davam edərək dedi :” Mən dünən meydanda idim. Hər şeyə fikir verdim. İş belə getsə bizi fəlakət gözləyir .”

    Məmmədəli müəllim düz deyirdi. Azərbaycanın fəlakəti, yəni ardıcıl dövlət çevrilişi və torpaqlarının 20 faizdən çoxunun itirilməsi məhz o mitinqlərdə millətə sırınan Elçibəy və Nemət kimi rəhbərlərin səriştəsizliyindən başlandı.

    Nemət də, Elçibəy də Azərbaycan uçun çalışırdı, amma bacarmırdılar. Onların fikrinə qarşı çıxanları da, təhqir edərək meydandan çıxarırdılar. Hətta dəlixanaya saldırmaq istəyirdilər. Bütün bunlara baxmayaraq məncə hər ikisinə qoşa heykəl qoyulmalıdır.

    Millət parçalandığı üçün tarixi hadisələri təkrar yaşayır. Güney Azərbaycan bu olayı Səttarxanın rəhbərlik etdiyi Məşrutə dövründə yaşamışdır.

    Həmən dövr yol verilmiş səhvlərə baxmayaraq, Səttarxana da heykəl qoyulmalıdır və ona qarşı döyüşən Səmədxana və Məmmədəli şaha da.

    Səttarxanın heç bir siyasi ,iqtisadi və ictimai islahat proqramı yox idi.
    Müzəffərəddin şahin tapşırığı ilə yazılmış ana yasanı heç üzündən belə oxuya bilmirdi. Bəs Səttarxan ilə Qacarların davası nədən ibarət idi ?.

    Davanın mahiyyəti milli ola bilməzdi, çünki hakimiyyətdə nə fars şovinizmi nə də ziddi türk və ziddi Azərbaycan qüvvələr yox idi. Əgər dava milli dava idisə onda Səttarxanın və bütövlükdə məşrutəçilərin milli proqramından xəbəri olan varmı ?. Diqqət edin, məşrutəçilər ingilis səfirliyinə sığınırdılar və ingilislər qacarlara qarşı, məşrutəçiləri dəstəkləyirdilər. Bu gediş Qacarların devrilməsi ilə yekunlaşdı.

    O vaxtdan bu günə qədər farsların azərbaycanlılara qarşı yazdığı təhqirləri, söyüş və töhmətləri toplasaq bir neçə cild kitab olar. Fars millətçiləri bütün dediklərində haqsızlığa və nanəcibliyə yol versələr də, bir sözləri düzdür. O söz Azərbaycan , Azərbaycanın yox, məhz “ İranın başıdır “ ifadəsidir. Ona görə ki, azərbaycanlılar tarixin qaranlıqdan işığa doğru dönənində, XX əsrin əvvəllərində Azərbaycan üçün deyil, bəlkə İran üçün işləmişlər.

    Məmmədəli şah deyildiyi qədərdə mürtəce deyildi. Mərdi qova-qova namərd etmişlər.
    “ Məşrutəçilər” Məmmədəli şahı taxtdan yendirdi yerinə Riza Palanduzu və Qəvamussəltənətləri gətirdilər. Qəvam, onun hakimiyyətə gəlməsinə imkan və şərait yaratdığına görə hamıdan öncə Səttarxana “ təşəkkür ” etmişdir. Bu haqda Səttarxan belə demişdir :” Atabəylər parkında yaralanandan sonra xəstəxanada idim. Qəvam yanıma gəldi. Xoş-beş on beş danışdı. Gedərkən əyildi qulağıma dedi :” Ağaye Səttarxan elə bilirdin ki, məndə sənin üçün Məmmədəli şaham”. Səttarxan əlavə edir ki, “ömrümdə bundan ağır söz eşitməmişdim”. (Zeynalabdin Qiyami “Qəvamussəltənənin cinayət tarixçəsi”. 21 Azər jurnalı 1-ci say).

    Yəqin ki, Səttarxan bu sözdən sonra hansı siyasi səhvlər etdiyini və Qacarlarla haqsız davrandığının fərqinə varmamış olmaz. Amma artıq gec idi. Fürsət əldən getmişdi. Elə Qəvamussəltənə də bunu yəqin edərək bu sözü demişdir. Yoxsa o çay gəlməmiş çırmananlardan deyildi.

    Qəvamları və Riza şahı hakimiyyətə gətirəndə İranın başı olduq. Azərbaycan Milli Dövləti dönənində “ qanqrenaya “ çevrildik. İndi İranın nə başı nədə “qanqrenası” olmaq istəmirik. Öz vətənimizin qulluqçusu olsaq yetər.
    O vətənin adı Azərbaycandır.

    Səməd Niknam

    2006-05-20

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

  • 12/4/2007 - Sənin kimi qardaş olmaz olaydı !?
  • Qolların qırılsın Xa...
    Yurd və ulusa xaincə uzanan qollar qırılsın! Özəlliklə işğal altında inildəyən vətən və əsirlikdə can çəkən Güney Azərbaycana Türkünə düşməncə uzanan qollar!
    Bu qədər də olurmu? Hələ dünənki xaincə atdığınız imzanın yaşı qurumamışdır(bildiyiniz kimi Q.Azərbaycanda hakim olan anti milli və totalitar rejim, neçə ay öncə utanmadan və çəkinmədən şərəfimizi ləkkələyən Ermənistan rejimiilə birlikdə, BMT`nin insan haqları şurası tərəfindən, İran rejiminin ələyhinə hazırlanmış qətnaməyə mənfi səs verərək Fars faşist rejimini dəstəkləmişdir, bu himayətin anlamının nə olduğunu bilməyən olmamalı, amma ginədə qıssa olarq izah etmənin yararlı olacağını düşündüyüm üçün, deməliyəm bu o deməkdir ki İran hakimiyyəti, demokratik bir sistim olaraq, insan haqlarını ayaq altına almamış və heç bir etnik və millətin insani və milli haqlarını o cümlədən G.Azərbaycanlıların polotik, sosyal və kültürəl haqlarını saymazdan gəlməmişdir).
    Siz (Əliyev rejimi)dünyanın gözü önündə, özləm, həsrət və nisgillərlə dolu qurtuluşa və ona varmaq üçün qardaş yardımına göz tikən 35,000,000 G.Azərbaycan Türkünün bütün insani və milli haqlarını necə heçə sayaraq, BMT`nın insan haqları şurasının bir rəsmi üyəsi kimi, terorist Köçəriyan dövlətilə birgə, Fars faşist hakimiyyətinin lehinə səs verib, Tehran rejimin G.Azərbaycan Türk milləti haqqında etdiyi zulm və cinayətlərə ortaq ola bilərsiniz?
    Siz necə Azərbaycan uğrunda qan və canlarını itihaf edən şəhidlərə və onların yasa bürünmüş analarına, gözləri önündə xiyanət edərək, Qarabağ işğalçılarıla birlikdə BMT`nın insan haqları şursında milli şərəf və ulusal namus düşmənlərinin nəfinə səs verə bilərsiniz?
    O zaman ki G.Azərbaycan ət və dirnağıla maneələri sökə sökə və yıxa yıxa santim santim qurtuluşa sarı irəliləməkdədir və özündən başqa kimsə harayına haray verəni yoxdur, siz necə uluslararası alan və arenada bu milləti xaincəsinə sinəsindən və kürəyindən xəncərləyə bilərsiniz?
    Əzizlər Lütfən bu adresdə www.GAMOH.org Farsca bölümündə ya buradan BBC vərindən yayınlanmış bu başlıqlı"(
    نظارت منظم شورای حقوق بشر بر ایران پایان می یابد Nezarəte monəzzəme şuraye huquqe bəşər bər İran payan miyabəd)"xəbəri oxuyunuz.
    Əliyev hakimiyyeti bu kez İran rejiminin prablemini kökdən həll etməyə çalışmış.
    Q.Azərbaycan hakimiyyəti Bənqladeş ve Zimbabveile birlikdə, BMT`nın insan haqları gözətçilərinin İran da insan haqqı tapdalanmır diyə nəzarət və gözətçiliyinə son qoymuşlar.
    Nəzarət və gözətçiliyə son qoymuşlar ki İranda hakim olan qəddar rejim daha geniş və daha qolay millətçiləri asıb kəsə bilsin.
    Son qoymuşlar ki Rus, Erməni və Fars faşizmini düşmən bilərək, təhdid edən Güney millətçilərini öldürüb yox edərkən səsləri heç bir yerə çata bilmesin.
    Son qoymuşlar ki yurd və ulusun bütövlüyünü amaclayan hərəkətçiləri əzib yox etməklə, Rus və Fars qulluqçuluğunda olan Əliyev hakimiyyətinə zərər və ziyan yetişməsinin onunu alsınlar.
    Və...
    İran rejimi 28 illik qara və utanc verici yaşamı boyunca 25 kərə insan haqlarını çeynədiyi üçün BMT vərindən məhküm olunmuşdur, bunun anlamı budur ki dünyanın ən antidemokratik və qəddar rejimi kimi UN tərəfindən tanınmışdır.
    Görəsən Əliyev rejimi hankı borclarını ödəmək üçün qardaşın qardaşa etmədiyi yardımı İran rejiminə etməkdədir?
    Sizcə Əliyevin bu yardımı, İran rejiminin rəhmətlik Elçibey milli hakimiyyətinin yıxılmasında oynadığı çox önəmli, kiritik və həssas rolu üçün deyildirmi?
    Sizcə Əliyevlərin bu yardımı Güney Azərbaycan milli hərəkatını İran rejimlə birlikdə quşatmaya salaraq boğma niyyətilə deyildirmi?
    Niyə ki bildikləri kimi bu hərəkatın əsas amacı İran rejimini devirərək, G.Azərbaycanın istiqlalını əldə etməklə yanaşı yurd və ulus birliyi sağlamaqdır, beləliklə o rejimlər açısından hərəkat öz amaclarına varırsa, ikisidə saqıt olaraq tarixin zibilliyinə tullanmaq zorunda qalacaqlar.
    İnanıram ki böyük Azərbaycan Türk milləti, yaxın gələcəkdə, Əliyev kimi düşmən oyuncaqlarının bu tip ürek bulandırıcı və iyrənc eyləmlərinin önün kəsərək, davamına izin verməyəcəkdir və millətlərinə qulluq yerinə xiyanəti seçmiş hakimiyyətiləri, yurd və ulusa etdikləri xiyanətlərindən dolayı, milli məhkəməyə çıxararaq, haqqı olan cəzanı verəcəkdir.
    Qonunu uzaltmaq niyyətində deyiləm, amma neçə sözdə Əliyev hakimiyyəti tuzağına düşmüş bəzi millətçilik iddiası edib, millətlərini ön və arxadan bıçaqlayanlarla iş birliyində olan qandırılmış yazıq Güneylilərə xitab söyləyərək, yazıma son qoyuram.
    -Əliyevlər sofrasında qıdalanarkən Elçibəyçilik iddiasında bulunmaq fırıldaqçılıq və hoqqabazlıqdan başqa bir anlam verə bilməz.
    -Milli hakimiyyəti yıxan Əliyevlər parasıyla Bakı hotellərində eylənib İlham lobbiçiliyi yapmaq dərsi almaqla BÜTÖV Azərbaycan yaratmağı yalnız abtallar ve avanaqlar düşünə bilər.
    -İlham hakimiyyəti əmrilə, Güney hərəkatı öncüllərini təxrib edərək qaralamaq cəhdini yalnız və yalnız, o rejimin xəttində olan KGB tör töküntüləri yapar.
    -Bütöv Azərbaycan uğrunda, ən doğru yolda olma iddiasi etməklə, Əliyevlərin etnik, dil və bütün milli varlığımıza etdikləri təhrif və təxribləri görməzdən gəlmək bağdaşa bilməz.
    -Bütöv Azərbaycançılıq iddiası etməklə, sunduğumuz faktlara əsasən, İlham kimilərlərin əmri ilə oturub qalxmaqlıq, aqıl və məntiği əsas tutan insanların poletikal və sosyal davranışı olabilməz.
    -Əliyevə xitab, ”Siz yalnız Quzeyin yox bəlkə əlli milyon dünya Azərbaycanlılarının prezidentisiniz diyərək yaltaqlıq etməklə, vətən və milləti qurtarmaq olamaz.”
    -İlham Əliyevin millət xəzanəsinden çaldığı minlər dolara varan paraları, dilənərək, o qasıb hakimiyyətin reklamını və propagandasını yapmaqla vətən ve millət Bütövlüyü yaranmaz.
    Və zamanı gəlincə belə öyüd və nəsihətlərimiz çox olacaqdır, hələlik buqədər.
    Yalançı, boş boğaz, neçə üzlü və müzdülü qələm sahibləri islah və iflahı ümüdüilə

    ULUSAL Yurdər
    Çağrı ÇÖRƏQANLI
    28.03.2007

     

    Yorum ( yok ) :: Yorum yaz! :: Bağlantı

    Hakkımda

    تاریخ آذربایجان

    Bağlantılar

  • Ana Sayfa
  • Profilim
  • Blog Arşivi
  • Arkadaşlarım
  • e-posta
  • RSS

    Kategoriler

    Arkadaşlarım

    Reklam

  • Sayfa: 1 - Toplam: 2
    | Sonraki Sayfa